Elmar Vəliyevin oğlu "Kəpəz"in avtobusunu da əlindən aldı

14 Dekabr 2018 13:24 I Divizion 805
Elmar Vəliyevin oğlu "Kəpəz"in avtobusunu da əlindən aldı

"Kəpəz"in istifadə etdiyi avtobus klubdan alınıb.

Sportinfo.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq aşçısı Elmar Vəliyevin ailəsinə məxsusdu.

Bir müddət əvvəl Elmar Vəliyev işdən azad olunub. Daha sonra isə oğlu Elmir Vəliyev "Kəpəz"in Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb.

Klubla əlaqəsi kəsilən Vəliyevlər ailəsi bir neçə gün əvvəl avtobusun təhvil verilməsini tələb etmişdi.

"Kəpəz" faktiki rəhbərsiz qalıb. Elmir Vəliyevdən sonra icraçı direktoru Elnur Camalxanov da postundan ayrılıb. Hazırda klubun rəisi vəzifəsini utan Ruslan Nağıyev isə yalnız kağız üzərində səlahiyyətlərini icra edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti