I Divizionda fasilə yarandıqdan dərhal sonra “Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyevlə icraçı direktor Seyidağa Babayev ölkəni tərk edib.
Sportinfo.az xəbər verir ki, adıçəkilən şəxslər Türkiyəyə - “Altınordu”nun düşərgəsinə yollanıb.
Aqil Nəbiyev Türkiyədə olduğu müddətdə klubun akademiyası ilə tanış olub, iş prinsipi ilə maraqlanacaq. Təcrübə müddəti A kateqoriyalı məşqçi lisenziyasının tələbidir və 1 həftə müddəti əhatə edir.
Aqil Nəbiyev bunları söyləyib: "Dünən "Altınordu" akademiyasının rəhbəri Savaş Sərdarla görüşümüz baş tutdu. Savaş 18 il "Qalatasaray"da, 2 il Hollandiya təmsilçisi "Utrext"də çalışıb,
5 il öncə "Altınordu"ya gəlib və akademiyanın bu səviyyəyə qalxmasında əməyi böyükdür. O, Hollandiyada Yohan Kroyff universitetini bitirib.
"Altınordu"da U-11-dən başlayaraq, U-21-ə kimi bütün komandalar var. Bu gün əsas komanda ilə görüşümüz baş tutacaq.
Əsas komanda Super Liqaya namizəddr. "Şüvəlan"da U-11 və U-14 komandaları var. Yavaş-yavaş akademiya qurmaq istəyirik. Düzgün iş görmək və doğru istiqamət götürmək istəyirik.
Bu barədə təcrübə toplamalıyıq. Çempionatımızda qoyulan limitə görə, məcburuq ki, gənc oyunçularla şans verək. Bu baxımdan "Altınordu"da limit məsələsiylə bağlı bilgilər alacağıq".





