Birinci Divizionda ilin son "tas"ı: Kiminə 20, kiminə 80 manat

12 Dekabr 2018 16:48 I Divizion 660
Birinci Divizionda ilin son "tas"ı: Kiminə 20, kiminə 80 manat

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Şüvəlan” - “Keşlə-2” matçında “Keşlə-2”-nin 4, “Şüvəlan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

“Qarabağ-2” - “Sabah-2” matçının 44-cü dəqiqəsində “Sabah-2”-nin futbolçusu Əli Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Ağsu” - “Kəpəz” matçının 83-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

MOİK - “Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunub.

“Neftçi-2” - “Zaqatala” matçının 66-cı dəqiqəsində “Neftçi-2”-nin futbolçusu Nihad Qurbanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti