"Turan Tovuz"un Müşahidə Şurasının üzvlərinin siyahısına daha bir ad əlavə olunub.
Sportinfo.az xəbər verir ki, vaxtilə "Turan"da vitse-prezident və prezident vəzifələrində çalışmış Rəşid Məhərrəmov və Tovuz futbolunun canlı əfsanəsi Nizami Sadıqov artıq şura üzvdü.
Onlardan Rəşid Məhərrəmov klubda hələlik pulsuz çalışacaq. Tovuzda böyük hörməti olan R.Məhərrəmov əsasən təsərrüfat məsələlərinə cavabdehlik daşıyacaq.
O, rayonun yeni icra başçısı Məmməd Məmmədov və klub rəhbərliyinin birgə qərarıyla doğma «Turan»a dönüb.

