"Zirə"nin şikayətini rədd etdi

4 Dekabr 2018 11:00 I Divizion 532
"Zirə"nin şikayətini rədd etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin əvəzedicilərindən ibarət komandası tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qərarda bunlar qeyd olunub:

“Zirə-2” tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilsin.



AFFA İntizam Komitəsinin 13 noyabr 2018-ci il il tarixli Azərbaycan Birinci Divizionunun 10-cu turu çərçivəsində keçirilən “Turan Tovuz" - "Zirə-2” oyunu başlamazdan əvvəl “Zirə-2” tərəfindən futbolçuların lisenziyaları hakimə təqdim edilmədiyinə görə komandaya 0:3 hesabı ilə məğlubiyyət verilməsi və klubun 80 manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti