"Keşlə"nin futbolçusunun başı hakimin dizinə çırpıldı, sonra… VİDEO

30 Noyabr 2018 16:36 I Divizion 894
"Keşlə"nin futbolçusunun başı hakimin dizinə çırpıldı, sonra… VİDEO

I Divizionun 12-ci turu çərçivəsində keçirilən "Keşlə-2" - "Neftçi-2" (3-1) matçı zamanı xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin müdafiəçisi Şirməhəmməd Məmmədov birinci hissənin əvvəlində oyun epizodu zamanı müvazinətini saxlaya bilməyərək, meydançadan kənara yıxılıb.

Bu zaman onun başı yan xətta hakimi Elmin Süleymanovun dizinə dəyib. Bir müddət meydandan kənarda həkim nəzarətində olan futbolçu yenidən meydana qayıdıb.

Amma 40-cı dəqiqədə qırmızı vərəqə alaraq, baş hakim İnqilab Məmmədov tərəfindən meydandan qovulub.

Bundan sonra özünü yaxşı hiss etməyən Şirməmməd təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Müayinə zamanı onun kəllə-beyin travması aldığı məlum olub.

Məmmədovun alın sümüyündə sınıq aşkar olunub. Onun ən az 2 ay yaşıl meydanlardan kənar qalacağı deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!