"Sabah" böyük qazandı, “Qarabağ”la “Neftçi” uduzdu

29 Noyabr 2018 18:48 I Divizion 659
"Sabah" böyük qazandı, “Qarabağ”la “Neftçi” uduzdu

Azərbaycan birinci divizionunda 12-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Liderlər qrupunda qərarlaşan “Neftçi-2” “Keşlə”yə məğlub olub. “Qarabağ-2" "Qaradağ Lökbatan"a uduzub. “Sabah” isə “Ağsu”nun qapısından 4 cavabsız top keçirib.

Turun qalan oyunları sabah keçiriləcək: "Zaqatala" – MOİK, "Kəpəz" - "Səbail-2", "Turan Tovuz" - "Sumqayıt-2", "Zirə-2" - "Şüvəlan".

Keşlə-2 - Neftçi-2 3:1
Qol: Elmir Rəhimzadə, 21; 72. Emin Quliyev, 63 - Hüseyn Hüseynzadə, 76.
Qırmızı vərəqə: Şirməhəmməd Məmmədov, 40 (Keşlə-2).
Hakimlər: İnqilab Məmmədov, Qəzənfər Məmmədov, Elmin Süleymanov, Kamranbəy Rəhimov.
Bakı. “ASK Arena”.

Qaradağ Lökbatan - Qarabağ-2 1:0
Qol: Bəhruz Teymurov, 31.
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Taleh Məmmədov, Sərxan İsmayılov.
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu.

Sabah-2 - Ağsu 4:0
Qol: Tural Qürbətov, 30. Tural Nəsirov, 42; 51. Tural Yaqubov, 47.
Qırmızı vərəqə: Elnur Səmədov, 48 (Ağsu).
Hakimlər: Nail Nağıyev, Səbuhi Soltanov, Ruslan Nəsibov, Cahangir Yusifzadə.
Binə qəsəbə stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti