VİDEO: Azərbaycan futbolunda iyrənclik: "Allah bəlanızı versin!"

24 Noyabr 2018 18:12 I Divizion 1 126
VİDEO: Azərbaycan futbolunda iyrənclik: "Allah bəlanızı versin!"

Danışılmış oyunlarda iştirak şübhəsi bir çox klubları «yandırıb», axırına çıxıb.

Təsdiqi tapanı da, tapmayanı da. I Divizionun altını üstünə çeviən elə bu söz-söhbətlərdi.

«Ağsu» hələlik sudan quru çıxan komandalardan birili. Hansısa «sehrli qüvvə»nin köməyi ilə. 6 ildi fəaliyyət göstərən Aran təmsilçisi süqutun astanasındadı.

Buna aparan yol ötən ildən başlayıb. «Azqranata» şirkəti kluba ayırdığı maliyyəni qəpik-quruş səviyyəsinə endirib. Futbolçular bazadan çıxarılıb, maaşlar böyük ölçüdə azaldılıb.

Amma və lakin…

Rüfət Quliyevin çalışdırdığı kolektivin adı «stavka» başlıqlı xəbər lentini tərk etmir ki, etmir! Divizionun 11-cu turunda «Qaradağ Lökbatan»ı qəbul edən «şərabçılar» mövsumün 6-cı məğlubiyyəti ilə üzləşb.

Təəccüblüsü o deyil ki, «Ağsu» 9 xalla turnir cədvəlinin 12-ci pilləsinə enib. Bundan daha betər hal komandanın müdafiə xəttinin biabırçı səhvləri və nəticədə son 12 dəqiqə ərzində 3 topun buraxılmasıdı.

Peşəkar Futbo Liqasının matçdan hazırladığı bu reportaja diqqətlə baxın, dalağınız mütləq sancacaq. Elə oyunu izləyən ağsulu tərəfdarların «Allah bəlanızı versin!» qışqırması da AFFA rəsmiləri üçün bir ipucudu.

1 saatın içində «Ağsu»nun bütün paxırlarının üstünü açarlar. İşdi-şayəd, istəsələr...

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti