Qurban Qurbanovun oğlu ilk dəfə… HƏRDƏN BELƏ DƏ OLUR

24 Noyabr 2018 00:30 I Divizion 823
Qurban Qurbanovun oğlu ilk dəfə… HƏRDƏN BELƏ DƏ OLUR

Azərbaycan Birinci Divizionunda 11-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə dörd görüş baş tutub.

Lider MOİK “Neftçi”nin əvəzedici komandası ilə qarşılaşıb. “Hərbçilər” ev oyunundan məğlubiyyətlə ayrılıblar. BBu, sözügedən komandanın cari mövsümdəki ilk məğlubiyyəti olub.

“Qarabağ”ın əvəzediciləri “Zaqatala” ilə oyundan heç-heçə ilə ayrılıblar. Maraqlıdı ki, ev sahiblərinin heyətində fərqlənən Musa Qurbanlı peşəkarların çempionatında ilk dəfə fərqlənib.


Özü də Qurban Qurbanovun oğlu adını daşıdığı əmisi Musa Qurbanovun prezidenti olduğu komandanın qapısına yol tapıb.

“Keşlə-2” səfərdə “Zirə”nin əvəzedicilərini darmadağın edib. “Səbail”in əvəzdiciləri də “Sabah-2” ilə ev oyununda məğlubiyyətlə üzləşib.

Turun digər oyunları: “Şüvəlan” – “Turan Tovuz” 3:1, “Sumqayıt-2” – “Kəpəz” 1:0, “Ağsu” – “Qaradağ Lökbatan” 0:4

“Zirə-2” - “Keşlə-2” 1:4
Qol: Taleh Rzayev, 86 – Şirməhəmməd Məmmədov, 49. Emin Quliyev, 67. Qabil Sairoğlu, 74-öz qapısına. Ruslan Nəsirli, 90+3.
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Pərvin Talıbov, Rəşad Əhmədov
Bakı. “AZAL Arena”.

“Səbail-2” – “Sabah-2” 0:2
Qol: Zahid Mərdanov, 19; Tolqar Yaqubov, 54.
Hakimlər: Kərim Kərimov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Samir Hüseynov.
Bakı. “Bayıl Arena”.

“Qarabağ-2” – “Zaqatala” 1:1
Qol: Musa Qurbanlı, 26 - Roini İsmayılov, 42.
Hakimlər: Rauf Allahverdiyev, Murad Kərimov, Ruslan Nəsibov, Xəlil Xəlilov
Bakı. “Azərsun Arena”.

MOİK - “Neftçi-2” 1:2
Qol: Raul Yaqubzadə, 87 – Elnur Süleymanov, 77-pen. Xəyal Tomarov, 90+3.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Cahangir Yusifzadə.
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu.

N Klublar O Q H M T-F X
1 MOİK 11 9 1 1 21-9 28
2 Sumqayıt-2 11 8 0 3 23-10 24
3 Neftçi-2 10 7 2 1 13-6 23
4 Zaqatala 11 4 5 2 19-11 17
5 Şüvəlan 11 4 5 2 14-12 17
6 Sabah-2 11 4 4 3 8-6 16
7 Qarabağ-2 10 4 2 4 18-14 14
8 Keşlə-2 11 4 2 5 17-15 14
9 Qaradağ Lökbatan 11 4 2 5 10-14 14
10 Turan Tovuz 11 4 1 6 16-18 13
11 Səbail-2 11 3 1 7 9-24 10
12 Ağsu 11 2 3 6 9-19 9
13 Kəpəz 11 1 4 6 6-14 7
14 Zirə-2 11 2 0 9 10-21 6

Cavad Kazımov ("Zaqatala")- 8 qol
Elvin Nəsibov ("Sumqayıt-2") - 8 qol
Raul Yaqubzadə (MOİK) - 7 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti