Bu gün Azərbaycanda fəaliyyət göstərən banklardan birinin adı dəyişib.
“Bank Silk Wey” artıq “Premium Bank” adı altında xidmət göstərəcək.
Bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.
Bank fəaliyyətinə 1994-cü ildən "Azal Səhmdar Kommersiya Bankı" adı altında başlayıb. 2008-ci ildən onun hüquqi varisi olaraq "Bank Silk Way"ASC adı altında fəaliyyət göstərib.
Sözügedən bank I Divizionda çıxış edən «Şüvəlan»ın himayədarıdı. "Silk Way" şirkətinin nəzdində fəaliyyət göstərən biznes qurumu 2004-cü ildən futbola maliyyə vəsait yatırır. AMMK, «Olimpik» və AZAL adı altında fəaliyyət göstərən, 2 il öncə isə «Şüvəlan» ismi alan kluba sponsorluq edib.
Hazırda şirkət defolt həddindədi. 3-4 il öncə başlanan qara günlər Zaur Axundovun prezident postundan gndərilməsi ilə özünün kulminasiya nöqtəsinə çatdı. O. artıq «Şüvəlan»a da başçılıq etmir.
Bankın adını dəyişməsi elə-belə məsələ deyil. Yönətim də təzələnib. Düzdü, vşağı dəstə təmsilçisinın idarəçiliyi 2017-cı ilin yayından «Zirə»dədi. Pul bankdan gəlsə də, digər məsələlər qonşu qəsəbə təmsilçisinə aiddi. Direktordan süpürgəçiyədək bütün təyinatları onlar verir.
Hazırda «Zirə»nin öz vəziyyəti də pisdi. Komanda Premyer Liqada çətin dönəmdən keçir, turnir cədvəlinin sonuncu pilləsindədi.
Avrokuboklara vəsiqə iddiasıyla sezona start verən «qartallar» sonda elitanı tərk etsə, yerinə «Şüvəlan» qabağa veriləcək. Başqa cür olsa, bu klubun həyatda qalmaq ehtimalı çox aşağıdı.
«Şüvəlan» faktiki olaraq «Zirə»nin farmklubudu. «AZAL Arena» və baza «qartallar»ın oylağıdı. AZAL Hava Konserninin nəzdində olan kompleks onların xidmətindədi.
SPORTİNFO.AZ

