"Mən "Turan"a hər cür köməklik edəcəm" - BİRİNCİNİN VƏDİ

20 Noyabr 2018 18:12 I Divizion 930
"Mən "Turan"a hər cür köməklik edəcəm" - BİRİNCİNİN VƏDİ

Tovuzun İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, nəhayət ki, «Turan» rəhbərliyi ilə bir araya gəlib.

Görüşdə klubun I Diviziondakı çıxışı və ümumi vəziyyəti geniş müzakirə olunub.

Rayonun birinci şəxsi postuna təyinat alandan sonra tez-tez yolunu stadiondan salan M.Məmmədova «Turan»ın problemləri barədə məlumatlar verilib. B

ildirilib ki, klub maliyyə cəhətdən birbaşa AFFA-dan asılıdı, başqa gəlir mənbəyi yoxdu. Maddi çatışmazlıqlar həmçinin arenada ciddi təmir-yenidənqurma aparmağa əngəl yaradır.

İcra başçısı «Turan»ın inkişafını istədiyini, bu istiqamətdə müəyyən işlər görəcəyini və hazırda tədbirlər planı üzərində çalışmaların olduğunu söyləyib: «Mən Tovuzun fəxri olan kluba hər cür köməklik edəcəm».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti