"Neftçi-2” "Bakı” ilə yoxlama görüşü keçirib.
Sportinfo.az xəbər verir ki, ADBTİA-nın stadionunda baş tutan oyunda heç-heçə qeydə alınıb - 1:1.
"Neftçi-2”nin qoluna Elvin İmanlı imza atıb. 1-ci divizionda növbəti görüşünü noyabrın 23-də səfərdə MOİK-ə qarşı keçirəcək "Neftçi-2”, 9 oyundan 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

