Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevun yaxınlarda “Kəpəz“in Müşahidə Şurasının sədri postundan ayrılmasından xəbərdarsız.
Sportinfo.az xəbər verir ki, o, daha bir vəzifəsindən istefa verib.
Elmir Vəliyev hazırda "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov deyib ki, Elmir Vəliyev "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyində sədr vəzifəsini icra etmir.
O, fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir. Elmir Vəliyev 2014-cü ildə "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri seçilmişdi.

