"Zirə"yə qurşaqdan aşağı ikinci zərbə dəydi

13 Noyabr 2018 16:24 I Divizion 690
"Zirə"yə qurşaqdan aşağı ikinci zərbə dəydi

I Divizionda daha bir texniki məğlubiyyət qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, X turda “Zirə-2”nin səfərdə "Turan Tovuz"la keçirdiyi oyunun (2:3) nəticəsi ləğv olunub və komandaya texniki məğlubiyyət verilib.

Buna səbəb qonaqların heyətində 3 futbolçunun lisenziyasının görüşdən əvvəl hakimə təqdim olunmamasıdır. Qəsəbə təmsilçisi həmçinin 800 manat məbləğində cərimə olunub.

Daha öncə "Zirə"nin əsas komandasına da texniki məğlubiyyət verilib. I Divizonda isə "Səbail-2" komandası iki dəfə texniki məğlubiyyətlə üzləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti