UEFA Divizionda "stavka"ya qoyulmuş oyunların siyahısını AFFA-ya göndərdi! - SON DƏQİQƏ

13 Noyabr 2018 12:36 I Divizion 1 413
UEFA Divizionda "stavka"ya qoyulmuş oyunların siyahısını AFFA-ya göndərdi! - SON DƏQİQƏ

AFFA Premyer Liqa klublarının əvəzedici heyətləri arasında keçirilən çempionatı bu mövsüm ləğv elədi.

«Dubllar» I Diviziona göndərildi.

Yeni yarışmanın iştirakçılarının sayı 14-dü. Keçənilkilərdən «Binə», «Mil-Muğan» və «Xəzər» dağılıbsa, «Sabah» artıq elitadadı. Liqadan düşən «Kəpəz» də aşağı dəstədə gününü keçirir.

Federasiya rəsmən açıqlamasa da, bu addımın əsl məqsədi o idi ki, danışılmış oyunların sayı azalsın. AFFA-nın baş katibi Elxan Məmmədovun dilindən bir yox, bir neçə dəfə eşitmişik ki, UEFA I Divizionda keçirilən əksər qvarşılaşmaların «çirkli» olmasından şübhələnir və buna görə, Bakıya tez-tez sirklyar məktublar göndərir.

Ondan əvvəlki il «Rəvan» və «Şərurspor»un mövsümün ortasında yarışdan uzaqlaşdırılmasını xatırlayaq.

Qurum şübhələrdən dolayı «Bakılı», «Şahdağ», «Şəmkir», «Energetik» və «Göyəzən»in «qələmini qırdı», «Göyçə» başda olmaqla, yeni yaradılan bəzi klubların da I Diviziona qatılmasına icazə vermədi.

Son həftələrdə mətbuatda gedən ayrı-ayrı yazı və xəbərlərdən belə anlaşılır ki, federasiya hələ istəyinə tam çatmayıb.

«Ağsu», MOİK, «Turan Tovuz» və «Kəpəz»in iştirakıyla keçən əksər oyunların «stavka»ya qoyulması iddia olunur. Düzdü, fakt yenə yoxdu, sadəcə, şübhələrin çoxluğu və hər dəfə eyni komandaların adının hallanması narahatlığı artırır.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla bununla bağlı Sportinfo.az-a maraqlı açıqlama verib.

Federasiya rəsmisi bildirib ki, UEFA-dan AFFA-ya ünvanlanan şifrəli məktubların arası kəsilməyib: «Siqnallar yenə də gəlməkdədi.

Amma onu deyim ki, keçənilki mövsümlə müqayisədə nəticəsi danışılmış olması şübhə yaradan oyunların sayında 50 faiz azalma var.

Hazırda həmin məktublar əsasında araşdırmalar davam edir. Nəticəsi məlum olan kimi ictimaiyyətə açıqlama veriləcək».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti