“Zirə” sudan "quru" çıxdı

10 Noyabr 2018 18:48 I Divizion 653
“Zirə” sudan "quru" çıxdı

Dünən I Divizionun X turu çərçivəsində baş tutan "Turan Tovuz" - "Zirə-2" oyununda (2:3) lisenziyası olmayan futbolçuların oynaması barədə xəbər yayılıb.

Belə ki, qəsəbə təmsilçisinin heyətində yer alan 3 futbolçunun (Tapdıq Əhmədov, Murad Musayev, Əmrah Bayramov) lisenziyası olmadan meydana çıxdığı deyilirdi.

Hər 3 futbolçunin meydana start heyətində çıxması isə müəmmalı idi. Çünki “Zirə” rəhbərliyi, məşqçiləri o qədər axmaq deyil ki, birdən-birə 3 futbolçunu lisenziyasız oyuna buraxsın, həm də bunu matçın ilk dəqiqələrindən etsin.

Bu mövsüm I Divizionda artıq iki texniki məğlubiyyət verilib. Belə ki, "Səbail-2" VI turun "Qarabağ-2", VIII turun "Neftçi-2" ilə oyunlarına görə təxniki məğlubiyyət alıb.

Daha iki bənzər hadisə isə Premyer Liqada baş verib. Belə ki, "Səbail" IV turda "Zirə", VIII turda "Qarabağ"la oyunlara görə texniki qələbəyə sevinib.

Tovuz tərəfi matçın protokoluna bu barədə qeyd yazıb. Amma AFFA İntizam Komitəsi "Zirə-2"yə texniki məğlubiyyət verməyəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Sportinfo.az-a bildirib ki, həmin vaxt oyunçuların lisenziyası oyuna yubanıb.

Sənədləri vaxtında çatdıra bilməyəcəklərini anladıqlarından, matçdan öncə PFL-lə əlaqə saxlayıb, qurum rəsmiləri də adı elektron sistemdə olan, əvvəlki oyunlarda da çıxış etmiş futbolçuların oynamasında heç bir problem görmədiyini bildirib.

Səbəb üzrlü sayıldığından onlar start heyətində meydana buraxılıb: «Həmin futbolçular əsas komandayla məşqə çıxır. Onların lisenziyası Bakıda qaldığından, artıq Tovuza göndərmək gec idi.

Tapdıqla Əmrahın adını Premyer Liqanın prtokollarında da görə bilərsiz. Murad Musayev də dəfələrlə meydana çıxıb.

«Turan»ın protokola qeyd yazmasından xəbərimiz var. Ancaq bizə texniki məğlubiyyət verilməyəcək. Çünki oyundan qabaq telefonla əlaqə saxlayıb, vəziyyəti izah etmişik və icazə almışıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti