"Sumqayıt" 15 dəqiqənin içində...

9 Noyabr 2018 18:48 I Divizion 654
"Sumqayıt" 15 dəqiqənin içində...

Divizionda 10-cu tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə də 3 görüş baş tutub.

Dörd qolun qeydə alındığı “Zaqatala” - “Ağsu” matçında qalib müəyyənləşməyib.

“Sabah”ın əvəzediciləri “Sumqayıt-2” ilə ev oyunundanməğlub ayrılıb. “Turan Tovuz” isə doğma meydanda “Zirə”nin əvəzedici komandasına məğlub olub.

10-cu turun “Neftçi-2 – “Qarabağ-2” qarşılaşması 3 dekabrda keçiriləcək. Turun ötən gün baş tutan digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb: Keşlə-2 - MOİK 2:3, Qaradağ Lökbatan - Səbail-2 0:0, Kəpəz - Şüvəlan 1:1.

Zaqatala - Ağsu 2:2
Qol: Cavad Kazımov, 60; 68-pen - Elnur Səmədov, 19. Sahib Cümşüdov, 71.

Sabah-2 - Sumqayıt-2 0:2
Qol: Fərid Kərimzadə, 80. Səbuhi Abdullazadə, 90+6.

Turan Tovuz - Zirə-2 2:3
Qol: İlkin Sadıqov, 88. Seymur Tağıyev, 90+4 - Tapdıq Əhmədov, 10-pen. Ülvi İbrahimov, 13. Əli Əliyev, 78.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti