Sadıq Sadıqov AFFA-a söz verdi: KOMANDAM "ALVER" ETMƏYƏCƏK

6 Noyabr 2018 14:12 I Divizion 1 045
Sadıq Sadıqov AFFA-a söz verdi: KOMANDAM "ALVER" ETMƏYƏCƏK

«Neftçi»nin sabiq prezidenti Sadıq Sadıqov AFFA qarşısında yeni öhdəlik götürüb.

Hazırda «Neftçi» İdman Klubunun İdarə Aparatının sədri olan Hacı Sadıq onlar tərəfindən maliyyələşən «Qaradağ Lökbatan»ın danışılmış oyunlarda iştirak etməyəcəyinə söz verib.

QL ötən mövsümü 2-ci pillədə başa vurub. Birinci dövrədə ən yaxın izləyicisindən irəlidə olan qəsəbə komandamı ikinci yarını olduqca bərbad keçirib. Nəticədə onlardan 19 xal geridə olan debütant «Xəzər» çempion titulunu qazanıb.

Bu, ictimaiyyətin özündə olduğu kimi, AFFA-da da böyük şübhələr doğurub. Axı UEFA-dan gələn serkulyar məktubların bir neçəsində «Qaradağ»ın adı keçib, bu komandanın iştirakıyla keçən oyunlara bukmeyker kontorlarda külli miqdarda pul qoyuluşu edildiyi göstərilib.

«Qaradağ Lökbatan» yayda «təmizlənib». Baş məşqçi Həbib Ağayev və köməkçiləri, eyni zamanda, bütün futbolçular yola salınıb.

Sadıq Sadıqov «Neftçi»İK-nun 19 yaşlılardan ibarət komandasını Elçin Dərgahquliyevin rəhbərliyi altında I Diviziona yerləşdirib.

Tamamilə yeniyetmə və gənclərdən qurulan kollektiv 9 tura 10 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti