I Divizionda iştirakı son anda dəqiqləşən «Şüvəlan» artıq «Zirə»nin nəzarətindən çıxmaq üzrədi.
İkinci mövsümdü «qartallar»ın himayəsi altında olan klub ciddi dəyişiklik astanasındadı.
Son vaxtlar maliyyə çatışmazlığı ilə üzləşən «Zirə»nin «Şüvəlan»la məşğul olmağa nə imkanı var, nə də vaxtı.
«Şüvəlan»ın təkrarən AZAL-a dönməsi nəzərdə tutulub. Belədə həm sponsorluğu onlar edəcək, həm də rəhbərliyi.
Konsernin prezidenti Cahangir Əsgərovun təhvil-təslimin başlamasıyla bağlı göstəriş verdiyi bildirilir (Sportinfo.az)

