Rövnəq Abdullayev bu klubu geri qaytarır – XÜSUSİ TAPŞIRIQ

2 Noyabr 2018 15:00 I Divizion 1 753
Rövnəq Abdullayev bu klubu geri qaytarır – XÜSUSİ TAPŞIRIQ

«Kəpəz» növbəti mövsümdən Premyer Liqaya qayıdacaq.

Bu barədə Sportinfo.az-a AFFA-dan məlumat sızdırılıb.

Federasiyadan bildirilib ki, Gəncə klubunun I Diviziondan geri çağırılması Rövnəq Abdullayevin istəyidi. Belə ki, AFFA prezidenti böyük futbol ənənələri olan şəhərin elitadan kənarda qalmasına qarşıdı və «Kəpəz»ə əlavə sponsorların cəlb olunmasına dair tapşırıq verib.

Nizami yurdunun təmsilçisi 2014-cü ildə Premyer Liqaya dönüb. Ötən mövsümün sonunda 8-ci pilləni tutan komanda aşağı dəstəyə yuvarlanıb.

Gün kimi aydındı ki, AFFA istəsəydi, «Kəpəz»i yenə güclülər dəstəsində saxlayardı. Gəncənin ovaxtkı rəhbərliyi ilə ilişkilərin «soyuq müharibə» həddinə çatması buna mane oldu.

Axı ondan əvvəl - ötən ilin oktyabrında federasiyanın təyin etdiyi nümayəndələr böyük qalmaqal nəticəsində iş başından uzaqlaşdırılmışdı.

AFFA olanları unuda bilməz və mütləq əks cavab verməliydi. Yunis Hüseynovun çalışdırdığı komandanın gözləniləndən zəif çıxış etməsi onlara kömək oldu.

Bugünlərdə Elmir Vəliyev - Müşahidə Şurasının sədri klubdan istefa verdi. Ardınca isə bir neçə fiqur «Kəpəz»dən uzaqlaşdırıldı.

«Təmizləmə işləri» hələ başa çatmayıb, yenə davam edir. Artıq klub tam şəkildə AFFA-nın nəzarətindədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti