Qurban Qurbanovun yerliləri "Səbail"i ağ yuyub, qara sərdi

2 Noyabr 2018 00:20 I Divizion 663
Qurban Qurbanovun yerliləri "Səbail"i ağ yuyub, qara sərdi

Divizionda 9-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

“Turan Tovuz” doğma meydanda “Keşlə-2” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı qarşılaşma paytaxt klubunun əvəzedicilərinin qələbəsiylə başa çatıb.

“Zirə-2” evdə “Kəpəz”i 3, “Zaqatala” isə “Səbail”in əvəzedicilərini 4 cavabsız qolla məğlub edib. “Sumqayıt”ın əvəzedici komandası isə “Qaradağ Lökbatan”a uduzub.

Turan Tovuz - Keşlə-2 2:3
Qollar: Məzahir Əhmədov, 83. Qalib Əmrahov, 87-pen – Elmir Rəhimzadə, 4; 84. Nurlan Quliyev, 74.
Hakimlər: Ramiz Məhərrəmov, Yaşar Abbasov, Rəşadət Cəfərov, Kərim Kərimov.
Tovuz şəhər stadionu.

Zirə-2 - Kəpəz 3:0
Qollar: Zahir Xanhüseynli, 20. Taleh Rzayev, 41; 67.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Rahil Ramazanov, Cahangir Yusifzadə.
“AZAL Arena”.

Sumqayıt-2 - Qaradağ Lökbatan 1:2
Qollar: Baxşəli Baxşəliyev, 26 – Camal Camalov, 41. Rövşən Şahmuradov, 87.
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Səbail-2 – Zaqatala 0:4
Qollar: Cavad Kazımov, 63-pen; 66. Rəhman Şabanov, 85; 90+6.
Hakimlər: Xəlil Xəlilov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Samir Hüseynov.
“Bayıl Arena”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti