AFFA I Divizion klubları üçün SOCAR-dan pul ala bilmir

31 Oktyabr 2018 13:24 I Divizion 688
AFFA I Divizion klubları üçün SOCAR-dan pul ala bilmir

AFFA növbəti dəfə maliyyə çatışmazlığı ilə üzləşib.

Federasiya SOCAR vasitəsilə həyatda saxladığı I Divizion klublarına ödəmə etməyə vəsait tapmır.

Artıq 2 aydı ki, aşağı dəstədəki əyalət təmsilçilərinə maaş verilmir. Sonuncu belə köçürmə avqustda olub.

Əməkhaqqının gecikməsindən narahat olan məşqçilərə AFFA-dan deyilib ki, neft şirkəti qeyri-müəyyən səbəbdən hesaba pul yatırmır və bu problemin nə vaxt çözüləcəyi bilinmir (Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti