Dünya bunu bilsə, Azərbaycan futboluna gülər - VİDEO

27 Oktyabr 2018 17:48 I Divizion 702
Dünya bunu bilsə, Azərbaycan futboluna gülər - VİDEO

I Divizionda 8-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Keşlə-2" "Qarabağ-2"yə 3:1 hesabı ilə qalib gəlib.

Ağdamlıların baş məşqçisi Borçe Xristov iştirak ərizəsinə cəmi 13 futbolçunun adını yazıb və onların arasında ikinci qapıçı olmayıb.

Bolqarıstanlı mütəxəssis 90 dəqiqə ərzində 1 dəyişiklik edib. Onda da qapıya. Hesab 1:1 olarkən, yəni 34-cü dəqiqədən etibarən «Qarabağ» meydanda azlıqda qalıb.

Ayhan Arazl rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün baş hakim Nicat İsmayıllı tərəfindən qırmızı vərəqə ilə «mükafatlandırılıb».

Xristov beləcə sahə oyunçusuna əlcək geyindirməli, onu «çərçivə» önünə keçirməli olub. Lakin Yusif Həsənovun yeni «amplua»da debütü uğurlu alınmayıb. O, 17 dəqiqə ərzində biri penaltidən olmaqla 2 top buraxıb.

“Keşlə-2” – “Qarabağ-2” 3:1

Qollar: Bahodir Nasimov, 7, 58 (pen.), Seymur Əsədov, 42 – Rövlan Muradov, 17

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti