“Qarabağ” qapıçı tapmadı, baş məşqçi futbolçunu qapıya qoydu

27 Oktyabr 2018 10:00 I Divizion 712
“Qarabağ” qapıçı tapmadı, baş məşqçi futbolçunu qapıya qoydu

I Divizionda 8-ci turun oyunları keçirilir.

Bu tura qədər itkisiz irəliləyən lider MOİK bu dəfə xal itkisi ilə üzləşib - "hərbçilər” “Ağsu” ilə ev oyunundan heç-heçə ilə ayrılıblar.

“Qarabağ”ın əvəzediciləri “Keşlə-2” ilə səfər oyununda məğlubiyyətlə üzləşib. Bu qarşılaşmada nadir görüləcək hadisə yaşanıb.

Belə ki, ağdamlıların baş məşqçisi Borçe Xristov iştirak ərizəsinə cəmi 13 futbolçunun adını yazıb və onların arasında ikinci qapıçı olmayıb.

Bolqarıstanlı mütəxəssis 90 dəqiqə ərzində 1 dəyişiklik edib. Onda da qapıya. Hesab 1:1 olarkən, yəni 34-cü dəqiqədən etibarən «Qarabağ» meydanda azlıqda qalıb.

Ayhan Arazl rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün baş hakim Nicat İsmayıllı tərəfindən qırmızı vərəqə ilə «mükafatlandırılıb».

Xristov beləcə sahə oyunçusuna əlcək geyindirməli, onu «çərçivə» önünə keçirməli olub. Lakin Yusif Həsənovun yeni «amplua»da debütü uğurlu alınmayıb. O, 17 dəqiqə ərzində biri penaltidən olmaqla 2 top buraxıb.

8-ci tura bu gün keçiriləcək “Sabah-2” - “Zirə-2” oyunu ilə yekun vurulacaq.

Keşlə-2 - Qarabağ-2 3:1
Qol: Bahodir Nasimov, 7; 58-pen. Seymur Əsədov, 42 - Rövlan Muradov, 17.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Samir Hacıyev, Rəsul Babayev
“ASK Arena”

MOİK - Ağsu 1:1
Qol:
Raul Yaqubzadə, 52 - Elnur Səmədov, 33-pen.
Hakimlər: Mahir Məmmədov, Səbuhi Soltanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti