Yeni icra başçısı “Kəpəz”də islahatların aparılmasına razılıq verdi

26 Oktyabr 2018 19:00 I Divizion 822
Yeni icra başçısı “Kəpəz”də islahatların aparılmasına razılıq verdi

Çətin günlərini yaşayan “Kəpəz”in İdarə Heyətinin sədri Elmir Vəliyevin vəzifəsindən getdiyi barədə xəbər vermişdik.

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu özü istefa ərizəsi yazıb.

Təbii ki, bu, atasının şəhərin rəhbərliyindən getməsi ilə əlaqədardı. Vəliyeıvin övladı, onsuz da, son ilyarımda kluba diqqət göstərmir, maliyyə ayırmırdı.

Artıq "Kəpəz"də "təmizlik" başlayıb. Belə ki, Gəncə stadionunun direktoru Namiq Abdullayev və klubun rəisi Ruslan Nağıyev də vəzifələrini itiriblər. Hər iki şəxs noyabrın 1-dən işə çıxmayacaq.

Yaxınlarda daha bir nəfər - faktiki olaraq "Kəpəz"ə rəhbərlik edən icraçı direktor Elnur Camalxanov da işdən çıxacaq. Hələlik vəziəsinin başında olan Camalxanov tezliklə rəsmən postundan kənarlaşdırılacaq.

Qərb təmsilçisi yenidən AFFA-nın tam nəzarətinə keçib. Bütün bu dəyişiklər Bakıdan istənilib, Gəncənin yeni icra başçısı Niyazi Bayramov AFFA ilə əməkdaşlıqda maraqlıdı.

Elmar Vəliyev belə etmir, futbol qurumu lə məsəlhətləşmirdi. Odu ki, «Kəpəz» Premyer Liqada 8-ci pilləni tutan kimi I Diviziona göndərildi.

Mingəçevirdən Gəncəyə gələn N.Bayramov kluba diqqət ayıracağını vəd edib. O, «Kəpəz»də aparılan islahatlardan xəbərdardı və AFFA-ya heç bir etirazı yoxdu.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti