Prezidentin qardaşıoğlu bu hərc-mərcliyə "dur" deyəcək? - VİDEO+FOTOLAR

26 Oktyabr 2018 09:24 I Divizion 667
Prezidentin qardaşıoğlu bu hərc-mərcliyə "dur" deyəcək? - VİDEO+FOTOLAR

Azərbaycan futbolunda növbəti biabırçılıq baş verib.

Bir ay ərzində 4-cü dəfə hansısa Premyer Liqa klubu və ya əvəzedicisi texniki məğlubiyyət alacaq.

Maraqlıdı ki, bu dəfə də söhbət “Səbail”dən gedir. Əsas komandası 2 dəfə - “Zirə” və “Qarabağ”la oyunlarda rəqibi səhv etdiyi üçün texniki qələbə qazanan “dənizçilər” 2-ci dəfə yenilgi alacaqlar.

Və hər 2 halda da bu, əvəzedicilərdə reallaşacaq. Daha öncə “Qarabağ-2” ilə heç-heçə bitən matçda limiti pozduğu üçün cəzalanan “Səbail” dünən də “Neftçi-2” ilə 1:1 qurtaran görüşdə qaydalara əməl etməyib.

Bayıl təmsilçisi daha yaşlı futbolçunu gənc həmkarının əvəzinə buraxmaqla limiti pozub. Yəqin ki, Elman Sultanov bu məuliyyətsizliymi üzündən rəhbərlikdən «yaxşı sözlər» eşidəcək.

Axı baş məşqçi keçəndəfəki olaya görə qapıçılar üzrə köməkçisi Toğrul Əhmədovun yaxasından yapışmışdı. Dünənki hadisədə isə günahkar yalnız özüdü.

Sultanovun əskisi, onsuz da, «tüstülü» idi. Yuxarıdakılar onu uzaqlaşdırmağa fürsət gəzirdi, bu, lap «yerinə düşdü».

«Səbail»in patronu AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğlu Tamerlan Abdullayevdi. Bu şəxsi nə əsas, nə də əvəzedici komanda qane edir.

Ondan olsa, məşqçilərin heç birini vəzifədə saxlamaz. Aftandil Hacıyev orda elə, Elman Sultanov burda belə…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti