Nə "Neftçi", nə də "Kəpəz"…

26 Oktyabr 2018 00:30 I Divizion 734
Nə "Neftçi", nə də "Kəpəz"…

I Divizionda 8-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Qərb derbisi sayılan “Kəpəz” - “Turan Tovuz” matçında qonaqlar inamlı qələbəyə seviniblər.

“Şüvəlan” da səfərdə “Qaradağ Lökbatan”a eyni hesabla (3:1) qalib gəlib. “Zaqatala” evdə “Sumqayıt”ın əvəzedicilərindən üstün olub.

“Neftçi” və “Səbail”in əvəzedicilərinin duelində isə qalib müəyyənləşməyib.

Zaqatala - Sumqayıt-2 3:1
Hakimlər: Sərxan İsmayılov, Knyaz Əmiraslanov, Səbuhi Əmrahov, Kamranbəy Rəhimov.
Zaqatala şəhər stadionu.

Qaradağ Lökbatan - Şüvəlan 1:3
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Elxan Əsgərzadə, Samir Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

Kəpəz - Turan Tovuz 1:3
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Teymur Teymurov, Nahid Xasıyev.
Gəncə şəhər stadionu.

Neftçi-2 - Səbail-2 1:1
Hakimlər: Elgün Hüseynov, Elşad Abdullayev, Rəşadət Cəfərov, Kərim Kərimov.
“ASK Arena”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti