"Sabah" - "Zirə" oyununun vaxtı dəyişdirildi

23 Oktyabr 2018 13:00 I Divizion 575
"Sabah" - "Zirə" oyununun vaxtı dəyişdirildi

Divizionun 8-ci turunun oyun cədvəlində dəyişiklik edilib.

Sportİinfo.az xəbər verir ki, “Sabah-2”nin oyunçuları Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov və Emil Qasımov U-19, Nemət Musayev isə U-17 milli komandasının düşərgəsində olduğu üçün “Sabah-2” - “Zirə-2” matçı təxirə salınıb.

“Sabah”ın müraciətini, Zirə klubunun razılıq məktubunu rəhbər tutan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 26 oktyabrda deyil, 29 oktyabrda keçirilməsinə qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!