"Kəpəz"in başına bundan pis nə gələ bilər ki?

21 Oktyabr 2018 15:30 I Divizion 688
"Kəpəz"in başına bundan pis nə gələ bilər ki?

«Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma» deyimi var...

Gəncə futbolunda da ağsaqqal, rəhbər problemi yaşanır.

Klub hazırda düzgün idarə olunmur. Düzgün idarə olunmur deyəndə, klubu saldılar diviziona, orda da autsayderdi.

Bundan artıq peşəkar bir futbol klubunun başına pis nə gələ bilər ki? Futbolla futbol adamları məşğul olsa yaxşıdı.

Yaxşıdı deyəndə, elə olmamalıdı ki? Həkimliklə həkimlər, çilingərrliklə çilingər, futbolla da futbol adamları məşğul olar ki, futbol həkimliyə, çilingərliyə yox, elə futbola oxşasın. “Kəpəz” bir dəyərdi.

Adının yaşaması belə bu dövrümüzdə böyük hadisədi. “Kəpəz” digər klublarımız kimi 15-20 min adamın deyl.

Azı 100 - 150 min gəncəlinin daim diqqət mərkəzindədi. Elitada autsayder olsa da, ətrafına stabil 10-15 min adam toplamaq gücündədi.

“Kəpəz”ə, heç olmasa, Gəncədə hörmət etmək vacibdi. Son 1 ildi “Kəpəz”i elə günə qoyublar ki, nə vaxtsa “Kəpəz”liyəm deyib, qürurlandığımız sözə belə, şübhə oturub.

Udmaq, uduzmaq futbolun tərkib hissəsidi, amma hər bir klubda ağsaqqal, sözün əsl mənasında rəhbər, bütün işi “Kəpəz”dən ibarət olan adam lazımdı.

Fəxri Məmmədov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti