AFFA bu kluba maliyyə dəstəyini dayandıracaq… QARŞIDURMA!

19 Oktyabr 2018 19:48 I Divizion 1 162
AFFA bu kluba maliyyə dəstəyini dayandıracaq… QARŞIDURMA!

AFFA rəhbərliyi son günlər «Turan Tovuz» barədə mətbuatda gedən yazılardan narahatdı.

Federasiya I Divizionda mübarizə aparan qərb komandasının ətrafında cərəyan edən söz-söhbətləri araşdıracaq.

Baş katib Elxan Məmmədov bu məqsədlə klub rəhbərliyini görüşə dəvət edib. Çünki artıq onun da qulağına çatıb ki, Oqtay Abdullayev Müşahidə Şurasının sədri postundan getmək istəyir.

Abdullayev bunadək iki dəfə «Turan»dan ayrılmaq niyyətində olduğunu bildirib. E.Məmmədov əvvəlki kimi, indi də bunun əleyhinədi.

Ümumiyyətlə, baş katib hesab edir ki, kluba kənardan təzyiqlər var və tezliklə rayon rəsmilərindən sözlü dəstək gəlməzsə, AFFA mövsümün sonunda «Turan»a maliyyə yardımını dayandıracaq. «Şəmkir»lə bağlı necə olmuşdu? Bax, elə…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti