"Kəpəz"in ən böyük işi düzəlir - Dövlət Proqramına salındı

7 Oktyabr 2018 00:30 I Divizion 743
"Kəpəz"in ən böyük işi düzəlir - Dövlət Proqramına salındı

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu təmiri nəzərdə tutulan obyektlərin sırasındadı.

Sportinfo.az xəbər verir ki, yarım əsrdən çox tarixi olan arena bunun üçün Dövlət Proqramına salınıb.

Bu barədə Gəncədə keçirilən Azərbaycan gənclərinin 8-ci formunun ilk zona toplantısında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir jurnalistlərə müsahibəsində növbəti illərdə arenanın təmir olunacağına inandığını bildirib.

25 000 tamaşaçı tutumuna malik stadion ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verililib. Arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının Yüksək Liqasına çıxması ilə indiki formasına salınıb.

Müxtəlif vaxtlarda idman qurğusunda təmir-bərpa işləri aparılsa da, mövcud vəziyyətə uyğun olaraq əsaslı yenidənqurmaya ehtiyac var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti