"Zirə"ni indi gələn də döyür, gedən də!

4 Oktyabr 2018 08:24 I Divizion 560
"Zirə"ni indi gələn də döyür, gedən də!

Divizionda 6-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Hesabat turu itkisiz irəliləyən iki komandanın – MOİK və “Sumqayıt-2”-nin dueli ilə əlamətdar olub. Bu komandaların görüşündə “hərbçilər” darmadağınla qalib gəliblər.

“Zaqatala” doğma meydanda “Zirə”nin əvəzediciləri üzərində inamlı qələbəyə sevinib.

“Neftçi-2” – “Şüvəlan” və “Qarabağ-2” – “Səbail-2” görüşlərində isə qalib müəyyənləşməyib.

Turun qalan oyunları bu gün baş tutacaq: "Keşlə-2" – "Ağsu", "Qaradağ Lökbatan" - "Turan Tovuz", "Sabah-2" - "Kəpəz".

"Qarabağ-2" - "Səbail-2" 1:1
Qol: Nihad Tamazov, 90+3 – Nurlan Rzazadə, 19.
Hakimlər: Nahid Xasıyev, Zöhrab Abbasov, Müslüm Əliyev, Bəxtiyar Gözəlov.
Tofiq Bəhramov adına Respublika stadionu, 15:30.

"Zaqatala" - "Zirə-"2 3:1
Qol: Elçin Əlicanov, 3. Cavid Kazımov, 64. Maqsud Əkbərov, 66 – Ülvi İbrahimov, 27.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Samir Hacıyev, Rauf Allahverdiyev.
Zaqatala şəhər stadionu, 15:30.

"Neftçi-2" - "Şüvəlan" 1:1
Qol: Muxtar Əliyev, 48 – Akif Tağıyev, 42-pen.
Hakimlər: Ramil Diniyev, Cəmil Quliyev, Elşən Acalov, Rəsul Babayev.
“ASK Arena”, 16:00.

MOİK - "Sumqayıt-2" 3:0
Qol: Raul Yaqubzadə, 29-pen. Mübarək Şaquliyev, 45. Rəvan Babazadə, 81.
Hakimlər: Rəvan Həmzəzadə, Vaqif Musayev, Cavanşir Yusifov, Xəlil Xəlilov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti