Tovuzun yeni icra başçısı Məmiməd Məmmədov «Turan»ı diqqət mərkəzində saxlamaqda davam edir.
Rayon rəhbəri «Zaqatala» ilə keçirilən ev qarşılaşmasını (1:1) canlı izləyib, daha sonra stadionu gəzib, bazanın vəziyyəti ilə yaxından tanış olub.
Əvvəlki başçı Tofiq Zeynalovdan fərqli olaraq, futbola barmaqarası yanaşmayan Məmmədov arenada əmir işləri aparacaqlarını bildirib.
Onun sözlərinə görə, böyüu ənənələri olan klubun bazası göz oxşamalıdı, sınıq-sökük vəziyyətdə fəaliyyət göstərməməlidi.
Rayon rəhbəri İcra Hakimiyyətinin bu işlər üçün maliyyə vəsaiti ayıracağını vəd edib. O, habelə məşqçi və futbolçulardan başqa nə problemlərinin olub-olmamasını soruşub.
«Maaşlarımızı vaxtında alırıq. Rəhbərlik bizim üçün əlindən gələni edir. Səfər oyunları zamanı normal otellərdə qalırıq, yeməyimizi restoranda yeyirik.
Yeganə narahatlığımız bəzi kənar şəxslərin komandanın içinə çaxnaşma salmaq istəməsidi. Bəzi öyrədilmiş adamlar klubun əleyhinə kampaniya aparır, stadiona gəlib hay-küy salır» - onlar icra başçısına belə belə də deyib.
M.Məmmədov isə öz növbəsində «Heç nədən narahat olmayın, Mən kluba lazım olan dəstəyi verəcəm» söyləyib.
SPORTİNFO.AZ

