Divizionda 5-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə dörd görüş baş tutub.
"Kəpəz" doğma meydanda "Qaradağ Lökbatan"ı boş tribunalar önündə 4 cavabsız qolla üstələyib. "Turan Tovuz" - "Zaqatala" oyununda qalib müəyyənləşməyib.
MOİK səfərdə "Şüvəlan"a minimal hesabla qalib gəlib. "Səbail"in əvəzediciləri isə "Ağsu" üzərində qələbəyə sevinib.
"Kəpəz" - "Qaradağ Lökbatan" 4:0
Qol: Qol: Elgün Orucov, 14; 86. Elcan Kərimov, 38. Dieqo Souza, 48.
Hakimlər: Kərim Kərimov, Aydın Bəxşiyev, Habil Əliyev, Emin Nağıbəyov
Gəncə şəhər stadionu
"Turan Tovuz" - "Zaqatala" 1:1
Qol: Qol: Sənan Qocayev, 75 – Roini İsmayılov, 3.
Hakimlər: Mahir Məmmədov, Rahil Ramazanov, Ruslan Babayev, Bəxtiyar Gözəlov
Tovuz şəhər stadionu
"Şüvəlan" - MOİK 0:1
Qol: Raul Yaqubzadə, 25.
Hakimlər: Ziya Nəsirov, Yaşar Abbasov, Nahid Əliyev, Ramiz Məhərrəmov
Bakı. “AZAL Arena”
"Səbail-2" - "Ağsu" 2:1
Qol: Emil Həsənzadə, 22-pen. Xəzər Mahmudov, 79 – Elnur Səmədov, 83-pen.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Pərvin Talıbov, Rəsul Babayev
Bakı. “Bayıl Arena”

