Azərbaycan Birinci Divizionunda 5-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
“Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ-2” ilə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 3 xalı 3 qolla əldə ediblər.
Komandanın qollarına Murad Xaçayev, Əli Əliyev və Elvin Nəsibov imza atıb. "Sumqayıt-2” I Divizionda meydana çıxdığı 5 qarşılaşmanın hamısını qələbə ilə başa vurub. Komandamız çempionatın vahid lideridir.
“Sabah” evdə “Keşlə”yə, “Neftçi” isə “Zirə”yə qalib gəlib. Turun digər oyunları bu gün keçiriləcək: "Kəpəz" - "Qaradağ Lökbatan", "Turan Tovuz" – "Zaqatala", "Şüvəlan" – MOİK, "Səbail-2" – "Ağsu".
"Sabah-2" - "Keşlə-2" 2:1
Qol: Zahid Mərdanov, 45. Tural Qürbətov, 72 – Əsəd Məsimov, 48.
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Roman Vasilyev, Kamal Umudlu.
Binə qəsəbə stadionu.
"Zirə-2" - "Neftçi-2" 1:2
Qol: Ülvi İbrahimov, 21 – Elnur Süleymanov, 45; 79.
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Murad Kərimov, Nicat İsmayıllı
Bakı. “AZAL Arena”.
"Sumqayıt-2" - "Qarabağ-2" 3:0
Qol: Murad Xaçayev, 28. Əli Əliyev, 34. Elvin Nəsibov, 71.
Hakimlər: Nail Nağıyev, Eyyub İbrahimov, Elman Musayev, Vüsal Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

