Tovuzun yeni icra başçısı Məmməd Məmmədov «Turan»ın məşqçi və futbolçularını qəbul edib.
Qəribədi ki, İcra Hakimiyyətində təşkil olunan görüşdə klubun rəhbər heyəti iştirak etməyib.
Rayon rəhbəri klubun vəziyyəti və problemləri ilə yaxından maraqlanıb. O. futbolçuların bəzi şəxsi və sosial məsəllərlə bağlı xahişini yerindəcə həll eləyib.
Komanda üzvləri Məmmədovdan «Turan»a dəstəyin bir qədər də artırılması ricasında bulunub.
Futbol azarkeşi olduğunu söyləyən icra başçısı stadiondakı durumu öz gözləriylə gördüyünü və mövcud çatışmazlıqları aradan qaldıracaqlarını bildirib:
«Mən həmişə sizin arxanızdayam. Tovuz futbol rayonudu. Biz bu ənənənin qorunması və daha da inkişafı üçün əlimizdən gələni edəcəyik.
Bundan arxayın ola bilərsiz. «Turan»ın yaxşı günləri qabaqdadı. Nə probleminiz olsa, mənə söyləyə bilərsiz».
SPORTİNFO.AZ

