Azərbaycanda formasını yerə çırpan futbolçunun 1 aylıq maaşı kəsildi

26 Sentyabr 2018 10:48 I Divizion 792
Azərbaycanda formasını yerə çırpan futbolçunun 1 aylıq maaşı kəsildi

AFFA-nın dünən keçirilən İntizam Komitəsinin iclasında I Divizionun IV turu çərçivəsində reallaşan “Zaqatala” - “Kəpəz” oyununda baş verən hadisələrə qiymət verilib.

Sportinfo.az xəbər verir ki, 90+3-cü dəqiqədə “sarı-göylər”in futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün ona 3 oyunluq cəza verilib.

Klub isə 240 manat cərimə olunub. Eltac meydançanı tərk edərkən komandanın formasını nümayişkaranə şəkildə yerə atıb. Bu addım isə istər klubda, istərsə də azarkeşlər arasında heç də birmənalı qarşılanmayıb.

Məlum hadisə ilə bağlı məşqçilər korpusunun təqdimatına əsasən, rəhbərlik tərəfindən Mirzəyevlə bağlı sərt qərarlar qəbul edilib.

Belə ki, futbolçunun 1 aylıq məvacibi kəsilib və bir müddət məşqlərdən kənarlaşdırılıb. Klubdaxili iclasda etdiyi hərəkətdən peşman olduğunu dilə gətirən Mirzəyev kollektivdən və azarkeşlərdən üzr istəyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti