"Kəpəz” yoxlama oyununda qüvvəsini sınayıb.
Sportinfo.az xəbər verir ki, “sarı-göylər” Region Liqasında Gəncəni təmsil edəcək “Qoşqar” ilə qarşılaşıb.
Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun Birinci Divizion klubunun qələbəsi ilə başa çatıb - 4:1.
“Kəpəz”in məşqçilər korpusu Gəncə derbisində əsasən çempionat oyunlarında ehtiyatda qalan futbolçulara heyətdə yer verib.

