"Tovuz futbolu indi uçuruma getmir, artıq uçurumdadı"

22 Sentyabr 2018 20:36 I Divizion 1 087
"Tovuz futbolu indi uçuruma getmir, artıq uçurumdadı"

I Divizionun 4 turu geridə qalıb. «Turan» Tovuz» 14 iştirakçı arasında 11-ci ildi.

3 xala malik qərb təmsilçisini bu gedişlə növbəti mövsümdə də Premyer Liqada görməyəcəyik.

Yalnız turnir cədvəlini əsas götürüb demirik, eyni zamanda, klubdaxili vəziyyətə ələ alıb, bu qənaətə gəlirik

Bugünlürdə tovuzlu azarkeşlər redaksiyamızla əlaqə saxlayaraq, komandayla bağlı narazılıqlarını ifadə edib. Onlardan Niyaməddin Musayev deyib:

«Turan»da qlobal problemlər var. Biz də istədik ki, azarkeşlər olaraq öz fikirlərimizi bildirək. Klubumuzla bağlı saytınızda gedən yazı və açıqlamaları diqqətlə izləyirik.

Keçən dəfə Oqtay Abdullayev deyib ki, mən burlan getmək istəyirdim, azarkeşlər qoymadı. Mən bilmək istəyirəm ki, o, hansı azarkeşdi. Hamının adından ümumi danışmaq olmaz. Qoy ad çəksin.

Tovuz futbolu indi uçuruma getmir. Artıq uçurumdadı. 92-ci ildən bəri ən acınacaqlı günlərimiz bugündü. Bizim bundan ağır günlərimiz ola bilməz. Bu isə heç kimi maraqlandırmır. Ortada isə pullar boş-boş yeyilir. Telefonla məsələ həll olunmaz, qaldı ki komandayla bağlı ola.

34 yaşım, özüm bərbər işləyirəm. Uşaqlıqdan «Turan»ın azarkeşiyəm, hələ komandanı belə bərbad vəziyyətdə görməmişəm. Biz Oqtay Abdullayevi istəmirik. Onun vəzifədən getməsi üçün imza toplamağa başlamağı qərara almışıq.

«Turan»ı Tovuz futbolunu sevən və canı yanan şəxs idarə etməlidi. 20017-ci ildə komandamız çempion oldu, gözlədik ki, AFFA «Turan»ı Premyer Liqaya buraxacaq. Həmin vaxt biz azarkeşlər çempionluq tədbirinə yüksək əhval-ruhiyyə ilə hazırlaşmışdıq.

Son oyunda cibimizin puluna Lökbatanda pankartlar düzəltdirdib, Tovuza gətirmişdik. İmkanlı dostlar sağ olsun, bizə çox kömək elədilər.

Elə bir səfər oyunu olmadı ki, «Turan» azarkeşləri ora getməsin. Ac-susuz bu yollarda olduq. Amma Oqtay Abdullayev burda havayı pul qazanır. Klubda 2000, 3000, hətta 5000 manat maaş alan şəxslər var.

Futbolçulara, məşqçilərə isə qəpik-quruş verirlər. 150 manat, 180 manat… Çox çətinliklər var klubda. Biri də həll olunmur. Oqtay Abdullayevin nəyinə lazım, Bakıda oturub «vatçap»la «Turan»ı idarə edir, vaxtında da pulunu alır. Onu «Turan» maraqlandırmır.

Tovuzun imkanlı şəxsləri, iş adamları bu münasibəti görür və kənara çəkilir. Yasin Abbasovun dediklərində həqiqət çoxdu. Onun kimi bir çox adam «Turan»dan narazı gedib.

Abdullayev o gün gəlmişdi bura, MOİK-lə oyundan qabaq klubda iclas keçirib. Eşitdiyimə görə, deyib ki, mən olmasam, «Turan» batar, AFFA 1 manat pul verməz, Tovuzda futbol mənə görə qalıb. Özündənrazı danışıb. Bizə özünü «Turan»dan üstün tutan rəhbər lazım deyil».

Ortap məktəbdə hərbi müəllim işləyən digər oxucumuz isə AFFA-nın kluba barmaqarası münasibətindən gileyləndi: «Tovuzda həmişə futbol olub, futbolçu yetişib.

Ən çətin vaxtda belə, bizim rayondan futbolçu çıxıb. Ancaq onlar indi hara getsin, harda oynasın? Görürlər ki, «Turan» ancaq divizionda çıxış edir, Premyer Liqaya buraxılmır, həvəsdən düşürlər.

Çünki divizion heç kimə lazım deyil, qabağa getmək olmur, uşaq bir az böyüyən kimi valideyn onu götürüb başqa kluba aparmaq istəyir. Şərait yoxdu, baxan yoxdu.

«Turan» çempion olan vaxt eşitdik ki, AFFA komandanı Premyer Liqaya qoymayacaq. Aksiya təşkil edib, narazılığımızı bildirmək istəyirdik. Bizi dilə tutdular ki, belə etməyin, yayılan xəbərlər yalandı, hər şey yaxışı olacaq. Hamımızı aldatdılar, bizi sakitləşdirdilər.

Tovuz futbolunun yeri divizion deyil. mən demirəm, «Səbail» və «Sabah» kimi klublar olmasın. Ancaq onların azarkeşi yoxdu. Tovuzda isə hər oyuna bir neçə min adam gəlir. Hər oyun rayonda bayramdı.

Biz «Turan»ın yaxşı günlərini görmüşük. Klubun Vidadi Əhmədov kimi rəhbəri olub. O. bizim üçün əsl qəhrəmandı. Oqtay Abdullayev nə iş görür? Heç nə. Klubdan filan qədər pul qazanır, amma bazanı gedib görsəz…

Hər yer uçulub-dağılır. Köhnədən nə varıydı, indi də odu. Adicə unitaz nədi, 100 manat verib onu da dəyişmirlər. İşıqlar yanmır, otaqlar pis gündə, salamat yer qalmayıb. Gör, Abdullayevin heç nə vecinədi? Mən uzun illərdi məktəbdə işləyirəm, hər dəfə səsis batmış vəziyyətdə evə gələndə isə bilirlər ki, yolum yenə stadiondan düşüb.

Yaşlı insanam, amma ki, futbolsuz qala bilmirəm. Stadionda qışqırmaqdan boğazım ağrıyır. Komandanı belə görmək istəmirəm. Yaxınlarda azarkeşlər adından 10-15 nəfərlə birlikdə İcra Hakimiyyətinə gedəcəyik. Yeni başçıyla görüşəcəyik.

Məmməd müəllimə «Turan»ın düşdüyü vəziyyəti deyəcəyik, belə olmaz daha! İnanırıq ki, o, klubla bağlı bir iş görəcək. Çünki tovuzludu, «Turan»ın camaat üçün nə qədər qiymətli olduğunu bilir. Keçən dəfə stadiona da gəlmişdi. Biz komandanın adının xoşagəlməz söz-söhbətlərdə hallanmasını istəmirik. Bunların qabağı alınmalıdı».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti