Divizionda 4-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.
İtkisiz irəliləyən “Sumqayıt”ın əvəzedici komandası səfərdə “Ağsu”ya böyük hesabla qalib gəlməklə liderliyə yüksəlib.
“Neftçi-2” isə doğma meydanda “Turan Tovuz”a minimal hesabla qalib gəlib. “Zaqatala” - “Kəpəz” və “Qaradağ Lökbatan” - “Sabah-2” oyunlarında hesab açılmayıb.
Ağsu - Sumqayıt-2 0:3
Qol: Məhəmməd Alıyev, 21. Fərid Kərimzadə, 86. Əli Əliyev, 90+3.
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
Ağsu şəhər stadionu, 16:00.
Zaqatala - Kəpəz 0:0
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev.
Zaqatala şəhər stadionu, 16:00.
Qaradağ Lökbatan - Sabah-2 0:0
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Tural Bayramov, Rövşən Rəcəbov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
Neftçi-2 - Turan Tovuz 1:0
Qol: Mirkamil Əliyev, 45.
Hakimlər: Vüqar Həsənli, Mehman Mahmudov, Elxan Əsgərzadə, Ramiz Məhərrəmov.
Bakı. “ASK Arena”, 17:00.
21 sentyabr
Keşlə-2 - Səbail-2
Hakimlər: Kamal Umudlu, Azər Əsgərov, Eyyub İbrahimov, Emin Nağıbəyov
Bakı. “ASK Arena”, 16:00.
MOİK - Zirə-2
Hakimlər: Etibar Həsənov, Ruslan Babayev, Samir Ələsov, Bəxtiyar Gözəlov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
Qarabağ-2 - Şüvəlan
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.

