AFFA divizionla bağlı sərt cəzaları açıqladı

18 Sentyabr 2018 17:36 I Divizion 519
AFFA divizionla bağlı sərt cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Turan Tovuz” – MOİK matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Keşlə-2” matçının 42-ci dəqiqəsində “Keşlə-2”-nin futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Sabah-2” – “Zaqatala” matçında “Sabah-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 45+1-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti