Klub rəhbərinin əməlləri ifşa olundu: "Bu haqsızlığı Allah götürməyəcək!"

13 Sentyabr 2018 18:00 I Divizion 1 201
Klub rəhbərinin əməlləri ifşa  olundu: "Bu haqsızlığı Allah götürməyəcək!"

«Oqtay Abdullayev bir çox şeyi düz demir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un sabiq məşqçisi Yasin Abbasov deyib.

Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevin saytımıza verdiyi son açıqlamalara münasibət bildirmək üçün redaksiyamızla əlaqə saxlayan 11 yaşlılardan ibarət komandanın keçmiş çalışdırıcısı kifayət qədər sərt danışıb.

O, Abdullayevin fikirlərini yalan üzərində qurduğunu deyib və qarşı tərəfin ünvanına bir sıra ittihamlar səsləndirib: «Yazır ki, klubdan getmək istəyirdim, qoymadılar. Mən bilmirəm kim qoymayıb onu getməyə.

Yəqin ki, Nadir qoymayıb. Özunə sərf edir axı. «Turan»da qalmaq, belə işləmək ona sərf edir. Çünki özü də, Nadir Nəbiyev də Bakıda oturur.

Yalandan deyir ki, Nadir bütün günü Tovuzdadı. Hər ikisi ayda bir-iki dəfə rayona gəlir, ya gəlmir. İkisinin də iş-gücü Bakıdadı. Tovuz futbolu onları heç maraqlandırmır da.

Futbolçulara 5-10 manat pul lazım olanda onları axtarıb tapa bilmirlər. Mənə yaxınlaşırlar ki, 10 manat ver, Bakıya – evə qayıdanda qaytararıq. Tapıb 3 manat ala bilmirlər.

Tovuz futbolunun ən ağır günləri indidi. 1992-ci ildən bu yana «Turan»da həmişə tovuzlular işləyib. Rayonda futbolu bilən, idarəçiliyi bacaran bir insan yoxdumu ki, gəlib «Turan»da işləsin?

Abdullayev iddia edir ki, mən getsəm, yerli adam «Turan»da işləyə bilməz. Adminstrator işlədiyi restoranı kənardan idarə edə bilərmi? Yox. Onda Oqtay Abdullayev 150-160 min əhalisi olan Tovuzun komandasını Bakıdan necə idarə edir?

İnşallah, yaxınlarda yeni icra başçısı Məmməd Məmmədovla görüşəcəm. Deyəcəm ki, ayda 5000 manat alıb, Tovuz futbolunu kənardan idarə etmək olmaz.

11 yaşlılardan ibarət komandanın baş məşqçi postundan özüm istefa vermişəm. 180 manat maaş alırdım. Haqsızlıq olan yerdə işləyə bilmərəm.

200-300 manat «levıy» maaş alanlar var orda. 300-400 manatı, ola bilsin, əsas komandada bir neçə nəfərə verirlər. Oqtay Abdullayev gəlib 180 manata işləsin və görsün ki, 2000-2500 manat alıb qıraqda dayanmaq nə deməkdi. Onun aldığı pul klubda işləyənlər arasında bölsünlər, hərəsi 500 manat alsın, evinə bir tikə çörək aparsın da, olmaz?

Abdullayev yalandan deyir ki, ayda azı 2-3 dəfə Tovuzda olur. Elə olur, heç aylarla gəlmir. Bu pdam «Turan»ın Tovuzdakı, hətta Bakıdakı oyunlarına da gəlmir. Belə rəhbər olar?

Ondan soruşun ki, «Turan»ın «Qarabağ»la Bakıdakı oyununa niyə getməyib. Telefonla klub idarə olunar? Hərəsi özünə bir müavin tutub, müavinin də başqa müavini var. Demirəm, Nadir Nəbiyev «Turan»da işləməməlildi. Qoy işləsin, o pulu da alsın. Amma gəlib otursun Tovuzda, bütün günü komandanın yanında olsun.

Oqtay Abdullayev deyir ki, klubdakılara nəzarət elirəm, hamısı öz işini bilir. O, işçilərini tanımır e! Keçən dəfə üz-üzə gəldik, bilmədi ki, komandanın məşqçisiyəm. İcra başçısı stadiona gəlir, klubun rəhbəri yerində yoxdu.

Bu, konkret «Turan»a qarşı biganəlik və hörmətsizlikdi. Oqtay Abdullayevi getməyə qoymayanlar bilir ki, o, «Turan»dan çıxsa, özləri də burda saxlanılmayacaq.

Çünki yeni gələn deyəcək ki, kənardan klubu idarə etməzlər, işinizin başında olun. Bunlar da ki, oturublar Bakıda, hər ayın sonu kartını bankomata salıb, havayı maaş alırlar.

Ortada əziyyət çəkən «Turan»da həqiqətən işləyənlərdi, məşqçilərdi. Komanda avtobusla səfərə çıxır, görürəm ki, uşaqların hərəsinin əlində kotlet-çörək. O yazıqları yolda saxlayıb, yemək də vermirlər. Belə şəraitsiz yerdə nə işləyəsən?

Mən günün altında, qışın soyuğunda stadionda saatlarla məşq keçim, bunlar da asanca pul qazansın? Lazım gələr, özümü «Turan»ın yolunda qurban da edərəm. Görərəm ki, hamı kluba can yandırır, niyə eləmirəm?

Mənə nə var, 180-200 manatın acı deyiləm. Allaha şükür, başqa işim də var, pulumu da qazanıram. Məni yandırır ki, bu adamlar «Turan»ı ucuz tutur. İş görməyə-görməyə hələ minnət də qoyurlar.

Mən bilmirəm tovuzlu iş adamları niyə kluba pul ayırmıram. Amma onu bilirəm ki, inşallah, bir tovuzlu çıxacaq və «Turan»ı idarə edəcək, Abdullayev də görəcək ki, kluba rəhbərlik etmək necə olur.

Ümid edirəm ki, Məmməd müəllim də kluba nəsə bir dəstək olar. Oqtay Abdullayev də deyir, məni getməyə qoymurlar, Nadir Nəbiyev də deyir, məni getməyə qoymurlar. Axı kimdi bunları getməyə qoymayan? Bir-birlərinə sərf edirlər, başqa söhbət yoxdu.

Yeni icra başçısı o halda kluba kömək edər ki, görər «Turan»ın rəhbərliyi öz işinin başındadı. Futbolçuların halını bilən var? Məşq qurtaran kimi hərə biry erə qaçır işləməyə. Ofisiant işləyən var, bazarda işləyən var, «moyka»da maşın yuyan var. Belə hara gedir Tovuz futbolu?

Ordan çıxanda dedim ki, mənə 10 min dollar versələr belə, qayıdıb bu adamlarla işləmərəm. Abdullayevin aldığı pula «Turan»ın nəzdindəki bütün komandaların yeməyini vermək olar. O uşaqlar yolda ac qalsın, sən ayda filan qədər havayı maaş al… Bu haqsızlığı Allah götürməyəcək!».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti