“Neftçi-2” hazırlığı davam etdirir.
Sportinfo.az xəbər verir ki, gündə bir dəfə klubun bazasında məşq edən komanda hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Baş məşqçi Mahmud Qurbanovun yetirmələri "Qaradağ Lökbatan”la qarşılaşıb. "Neftçi-2” bu görüşdə 4:1 hesabı ilə qalib gəlib.
Elvin İmanlı dubla imza atıb. Komandanın digər qollarını Əli Ağazadə və Hüseyn Hüseynzadə vurublar.
Divizionda 2 turdan sonra 4 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Neftçi-2” növbəti rəsmi oyununu sentyabrın 14-də səfərdə "Kəpəz”ə qarşı keçirəcək.

