"Neftçi-2" "Qaradağ" və "Kəpəz"lə yoxlama oyunu keçirəcək

3 Sentyabr 2018 17:00 I Divizion 532
"Neftçi-2" "Qaradağ" və "Kəpəz"lə yoxlama oyunu keçirəcək

"Neftçi-2” hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, gündə bir dəfə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən komanda hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək.

Baş məşqçi Mahmud Qurbanovun yetirmələri "Qaradağ Lökbatan”la qarşılaşacaq. Görüş sentyabrın 6-sı saat 17:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq.

I Divizionda 2 turdan sonra 4 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Neftçi-2” növbəti rəsmi oyununu sentyabrın 14-də səfərdə "Kəpəz”ə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti