Bakıda hakimi söyən futbolçuya ağır cəza

29 Avqust 2018 19:12 I Divizion 690
Bakıda hakimi söyən futbolçuya ağır cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda I divizionun II turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərar verilib.

"Keşlə-2" və "Sumqayıt-2" klubları arasında keçirilən görüşün 90+5-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Keşlə”nin idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub,

Hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti