Qurbanov "Neftçi"dən inamlı danışdı: "Problemlər həmişə olur"

24 Avqust 2018 18:12 I Divizion 684
Qurbanov "Neftçi"dən inamlı danışdı: "Problemlər həmişə olur"

“Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov Birinci Divizionun 1-ci turunda "Qaradağ Lökbatan” üzərində 1:0 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, o, komandaya dəstək olan azarkeşlərə təşəkkürünü bildirib:

“İlk oyunlar həmişə həyəcanlı olur. Bu görüş də istisna olmadı. Yeni turnirdə debüt etdik.

Nəticədən razıyam. Buna görə futbolçulara təşəkkür düşür. Oyuna gəlincə, problemlər həmişə olur. Bir neçə komponent üzərində çalışmalıyıq.

Növbəti oyunlarda daha yaxşı çıxış edib, xallarımızın sayını artırmağa çalışacağıq. Bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm.

Bu, gənc futbolçular üçün böyük stimuldu. İnanıram ki, gələcək oyunlarda azarkeşlərimizin sayı daha çox olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti