"Bu yoldan çəkilməyəcəyik"

24 Avqust 2018 14:48 I Divizion 585
"Bu yoldan çəkilməyəcəyik"

Dünən Divizionda 2018/19 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın əvəzediciləri ilk görüşdə evdə MOİK-ə 0:1 hesabıyla məğlub olub.

Baş məşqçi Vasif Haqverdiyev klubun mətbuat xidmətinə oyunla bağlı fikirlərini bildirib:

“İlk oyunumuz olduğundan, uşaqlarda bir az həyəcan var idi. Bu da, təcrübəsizlikdən irəli gəlirdi.

MOİK uzun müddət I divizionda oynayıb. Təcrübəli futbolçuları var. Bizdə isə əsasən, 2000-ci il təvəllüdü uşaqlardı.

Oyundan sonra futbolçularla danışdım, ruhdan düşməmələrini bildirdim. Əllərindən gələni etdilər. Yavaş-yavaş təcrübə toplayıb, daha yaxşı çıxış edəcəklər.

Bizim futbolçular U-19 liqasından birbaşa birinci divizionda çıxış etməyə başlayıblar. Oyunçular bu qarşılaşmada sadəcə, həyəcanlarını boğa bilmədilər.

Halbuki bu rəqibi yoxlama oyununda 4:1 hesabıyla məğlub etmişdik. Ancaq yoxlama oyunu ilə rəsmi matç tam fərqli olur. Onlar bizi ciddi rəqib kimi qəbul edib, görüşə yaxşı hazırlaşmışdılar.

Oyunumuz bir məşqçi kimi məni qane etmədi. Lakin uşaqlar sona kimi döyüşdülər. Son dəqiqələrdə qol buraxmağımız yaxşı olmadı.

Dediyim kimi, əsasən 2000-ci il təvəllüdlü futbolçulara üstünlük vermişik. Məqsədimiz bu uşaqları əsas komandaya, milliyə hazırlamaqdı. Bu yoldan çəkilməyəcəyik.

Bu uşaqlar tam püxtələşsinlər, hər şey yaxşı olacaq. Sadəcə, bir az səbrli olub, uşaqların diviziona uyğunlaşmalarını gözləmək lazım gələcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti