Bunu bilən var idi? Azərbaycanda klub tanınmış iş adamına məxsus imiş…

22 Avqust 2018 18:12 I Divizion 1 009
Bunu bilən var idi? Azərbaycanda klub tanınmış iş adamına məxsus imiş…

Sabah I Divizionda yeni mövsümə start veriləcək.

Keçənilki iştirakçılardan «Binə» və «Xəzər» yarışa qatılmayıb, «Sabah» Premyer Liqaya buraxılıbsa, «Mil-Muğan» peşəkar səhnədən çəkilib.

Sən demə, İmişli klubu yalnız AFFA tərəfindən maliyyələşməyib. Bu, NBC Bank Açıq Səhmdar Cəmiyyətinin idarəetmə hesabatlarına dair tələblər haqqında açıqladığı məlumatdan belə məlum olur.

Bildirilir ki, bank «Mil-Muğan»ın səhmdarıdı. Məlumatda qeyd edilir ki, NBC klubda 40% paya malikdi.

Həmçinin bankın 8.54% Rəvan sığortada , 20% isə NBC lizingdə paya sahib olduğu qeyd olunub. Aran təmsilçisi səhmədarının maliyyə çətinlikləri ilə üzləşməsi səbəbindən yarışda iştirakını dayandırıb.

NBC-nin bir neçə il öncə ölkə kubokunun titul sponsoru olmasını xatırladaq. Sözügedən bank eyni zamanda «Muğan» və «Rəvan»ın əsas himayədarı kimi tanınıb.

Hamısı bir adama - «Nurgün» Şirkətlər Qrupunun sahibi Nuru Əliyevə məxsusdu. Ölkə çapında kifayət qədər tanınan iş adamının maliyyə resursu 2015-ci ildən sonra xeyli azalıb. Bir çox müəssisələri bağlanıb, sosial layihələri dayanıb. Ötən ildən futboldan da çəkiliblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti