Sponsorsuz qalan daha bir klub AFFA-nın əlinə keçdi

20 Avqust 2018 19:48 I Divizion 1 277
Sponsorsuz qalan daha bir klub AFFA-nın əlinə keçdi

I Divizionda ilk turun oyun cədvəli məlum olub.

ki günü əhatə edəcək turun bütün görüşləri eyni saatda - 17:00-da başlayacaq.

«Şüvəlan» avqustun 24-də «Sumqayıt-2»ni qəbul edəcək. Görüş “AZAL Arena”da baş tutacaq.

Yarışda iştirakı son anda dəqiqləşən «Şüvəlan» artıq AFFA-nın himayəsi altına keçib. Səbəb «Silk ay»in qəsəbə təmsilçisini maliyyələşdirməkdən imtina etməsidi.

2004-cü ildən futbolda olan şirkət Zaur Axundovun prezident postundan ayrılmasından sonra «Şüvəlan»la bağlarını qoparıb. Əslində, federasiyanın keçmiş «karqoçular»a maddi dəstək vermək öncədən olmayıb.

Sadəcə, «Qəbələ»nin Divizionda mübarizə aparmaqdan boyun qaçırmasından sonra iştirakçı sayında natamamlıq yaranıb. Çempionatın 14 komandayla başlamasını istəyən qurum «Şüvəlan»ın xərcini öz üzərinə götürmək məcburiyyətində qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti