"Rövnəq Abdullayev deyir ki ki, söz-söhbət varsa, sübuta ehtiyac yoxdu"

11 Avqust 2018 09:24 I Divizion 1 235
"Rövnəq Abdullayev deyir ki ki, söz-söhbət varsa, sübuta ehtiyac yoxdu"

AFFA-nın inzibati binasında I Divizionun 2018/2019-cu illər mövsümünün püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, jurnalistlər, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Növbəti mövsümdə komandalara uğurlar arzu edən PFL prezidenti R.Musayev yeniliklər barədə məlumat verib: “Yeni mövsümdə iştirakçı komandalara uğurlar arzu edirəm. I Divizionla bağlı bir sıra müzakirələr oldu.

Yekunda qərar verdik ki, çempionat 14 komandanın iştirakı ilə keçirilsin. Keçən il çıxışımda demişdim ki, hansı komanda başqa yollara əl atarsa, cəzalanacaq. Çünki bizə idman mübarizəsi lazımdı.

Ötən il AFFA prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, söz-söhbətlər varsa, sübuta ehtiyac yoxdu. Çünki od olmayan yerdən tüstü çıxmaz. Çox təəssüf ki, ötən il beynəlxalq futbol qurumlarından bir sıra məktublar aldıq.

Bu isə xoş hal deyil. Odu ki, müvafiq qərarlar qəbul etdik. Müəyyən müzakirələrdən sonra yeni limit tətbiq edildi. Limit dəyişikliyindən sonra 1-ci il ola bilər ki, çempionatın səviyyəsi yüksək olmasın.

Amma zaman keçdikcə yeniliklərin faydasını görəcəyik. Məqsədimiz yerli gənc oyunçuların inkişafına nail olmaqdı”.

I Divizionda ilk turun oyunları 23-24 avqustda baş tutacaq. Ramin Musayev yeni mövsümün reqlamenti barədə də danışıb: “Oyunlar zamanı 5 əvəzetməyə icazə veriləcək. 14 komandanın iştirak edəcəyi yarış 2 dövrədən ibarət olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti